“Əlaçı” intellektual oyununun ilk dəfə 9-cu sinif şagirdlərinin iştirakı ilə keçirilən 21-ci mövsümündə iştirak edən 3000 məktəblidən 144 nəfər final mərhələsinə vəsiqə qazanıb.
İntellektual oyunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə dərin biliklərə malik, intellektual potensialı yüksək olan gəncləri üzə çıxarmaq, məktəbliləri bu sahəyə maraq göstərməyə həvəsləndirmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Finala vəsiqə qazanan bütün şagirdlərimizə uğurlar arzu edirik!
Yeni Şərh